Eduard Məmmədov növbəti dəfə qızıl medal qazanıb

28-11-2025, 17:37 124 dəfə baxılıb


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dəfələrlə Dünya və Avropa çempionu Eduard Məmmədov 21-30 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Kikboksinqin WAKO versiyası üzrə Dünya çempionatında "Master Class" kateqoriyasında 63 kq çəki dərəcəsində 2 versiyada vuruşaraq 2 qızıl medal qazanıb.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.


"Light Contact" növündə Böyük Britaniyadan Sinqh Qurmeyr, Portuqaliyadan Kortes Emanuel, İtaliyadan Simon Kalogero, "Kick Light" növündə isə İsveçdən Alvarsson Ola, Kanadadan Qallant Benjamin üzərində qalib gəlib.


Beləliklə, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti ümumilikdə WAKO üzrə 10-cu dəfə dünya çempionu olub.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031