Azərbaycan yığmasının üzvü dünya çempionatında qızıl medal qazandı
Şahmat üzrə qadınlar arasında dünya çempionatında Azərbaycan yığmasının üzvü qızıl medal qazanıb.
Yenisirvanli.info.az xəbər verir ki, birinci lövhədə çıxış edən Ülviyyə Fətəliyeva 10 partiyada 6 xal toplayıb.
O, bu nəticə ilə dünya çempionatının qızıl medalına layiq görülüb.
Xatırladaq ki, Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında ikinci olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: