Mikayıl Cabbarov İslam Həmrəyliyi oyunlarında uğur qazanan güləşçiləri təbrik edib

22-11-2025, 14:11 120 dəfə baxılıb


"Güləşçilərimiz 2025-ci ili möhtəşəm nəticələrlə yekunlaşdırdılar".


Yenisirvanli.info.az  xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri, eyni zamanda Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.


"Komandamız Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən İslam Həmrəyliyi Oyunlarında parlaq çıxış edərək 11 medal qazandı - iki qızıl, beş gümüş və dörd bürünc.


Çempionlarımız: Jalə Əliyeva, Arseni Djioyev;


Gümüş medalçılar: Həsrət Cəfərov, Murad Əhmədiyev, Ruzanna Məmmədova, İslam Bazarqanov, Ağanəzər Novruzov;


Bürünc medalçılar: Elnurə Məmmədova, Nigar Mirzəzadə, Maqomedxan Maqomedov, Giorgi Meşvildişvili.


Bu nailiyyət münasibətilə idmançılarımızı, onların məşqçilərini və valideynlərini ürəkdən təbrik edir, növbəti ildə uğurların davamını diləyirik", - paylaşımda deyilir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031