Ən perspektivli 60 futbolçu: Siyahıda gürcü, özbək və qazax oyunçular var
Nüfuzlu "The Guardian" nəşri 2008-ci il təvəllüdlü 60 ən perspektivli futbolçunun siyahısını dərc edib.
Yenisirvanli.info.az xəbər verir ki, siyahıya postsovet məkanından 3 futbolçu da daxil olub.
Qazaxıstanın "Kayrat" klubunun hücumçusu Dastan Satpayev, "Dinamo Tbilisi"nin müdafiəçisi Saba Xarebaşvili və Özbəkistan "Bunyodkor"unun forvardı Sadriddin Xasanov ən perspektivlilər arasındadır.
Siyahıda "Barselona"nın iki yarımmüdafiəçisi - Toni Fernandes və Niko Gilyenin də adlarına rast gəlinir.
"Borussiya Dortmund"un italiyalı hücumçusu Samuel İnasiyo, "Bavariya"nın hücumameyilli yarımmüdafiəçisi Karl Lennart və PSJ-nin forvardı İbrahima Mbaye də siyahıda yer alıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: