"Barselona" çempionat oyununu ABŞ-də keçirəcək
İspaniya La Liqasının prezidenti Xavyer Tebas "Vilyarreal" - "Barselona" qarşılaşmasının ABŞ-də keçiriləcəyini rəsmən təsdiqləyib.
Yenisirvanli.info.az -ın verdiyi məlumata görə, o bu barədə özünün sosial şəbəkə hesabında bəyan edib.
Tebasın sözlərinə görə, oyun "Hard Rock" stadionunda baş tutacaq.
"Kiçik bir rəsmi detal istisna olmaqla, hər şey hazırdır. Dekabrın 20-də "Vilyarreal" və "Barselona" arasında rəsmi La Liga oyunu Mayamidə keçiriləcək".
Qeyd edək ki, La Liqa tarixində ilk dəfə bir liqa oyunu başqa ölkədə oynanılacaq.
Lakin qərar futbol ictimaiyyətində ciddi narazılıq doğurub. Bildirilir ki, nə klublar, nə də futbolçular bu barədə əvvəlcədən məlumatlandırılmayıblar. Hətta komandaların kapitanları qərardan son anda xəbər tutublar. Bir çox futbolçu və klub nümayəndəsi prosesi "şəffaflıqdan uzaq" və "fikri birliyindən məhrum" adlandırıb.
"Barselona"ya 5 milyon avro, "Vilyarreal"a isə heç nə
Ən çox maraq doğuran məqamlardan biri isə gəlir bölgüsüdür.
"Vilyarreal"in baş icraçı direktoru Fernando Royq Neqeroles radioda çıxışı zamanı komandasının Mayamidə oynamaq üçün heç bir ödəniş almayacağını bildirib.
Ancaq "Barselona"nın vəziyyəti fərqlidir. Jurnalist Jordi Martin "Cadena SER" radiosuna açıqlamasında deyib ki, rəqəm hələ rəsmi deyil, lakin "Barselona"nın bu oyundan təxminən 5 milyon avro qazanacağı məlumdur.
"Bu bizim redaksiya tərəfindən təsdiqlənmiş məlumatdır", - deyə o vurğulayıb.
Marti əlavə edib ki, bu məbləğin ictimaiyyətə açıqlanıb-açıqlanmayacağı da hələ bilinmir.
Qeyd olunur ki, ödənişi matçın kommersiya hüquqlarını idarə edən "Relevent Sports" şirkəti həyata keçirəcək, çünki gəlir, oyunun ticarət hüquqlarından əldə olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: