Avtobus dayanacağında huşunu itirmiş pensiyaçını qarət edib

22-03-2025, 12:18 70 dəfə baxılıb

 

Çelyabinskdə polis əməkdaşları, yaşlı qadını soymaqda şübhəli bilinən yerli sakini saxlayıblar. 

 Yenisirvanli.İnfo.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayət daxili işlər idarəsi məlumat yayıb.

67 yaşlı qadın polisə müraciət edərək, ictimai nəqliyyat dayanacağında huşunu itirdiyini bildirib. Bir kişi qadına yaxınlaşaraq ona oturmasına kömək edib və onun köməksiz vəziyyətindən istifadə edərək cibindən pul kisəsini oğurlayıb.

Polis şübhəli şəxsi saxlayıb. O, əvvəllər məhkum olunmuş 41 yaşlı yerli sakin çıxıb. Kişiyə qarşı cinayət işi başlanılıb və o, müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031