İmişlidə xəsarət alan usta Bakıda xəstəxanaya yerləşdirildi

17-08-2026, 11:50 63 dəfə baxılıb

İmişlidə təkər partlaması nəticəsində xəsarət alan şəxs Bakıya göndərilib.

Yenisirvanli.İnfo.Az bildirir ki, İmişli rayonu ərazisində iş yerində təkər partlaması nəticəsində xəsarət alan 1995-ci il təvəllüdlü şəxs (kişi) 16.08.2026-cı il tarixində saat 16:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona gicgah sümüyünün köndələn sınığı, kəllə əsası sümüyünün sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra Respublika Klinik Xəstəxanasına təxliyə olunub.

xxx

İmişli rayonunda şin partlayışı zamanı ustanın xəsarət alması ilə nəticələnən hadisə baş verib.

Yenisirvanli.İnfo.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində qeydə alınıb.

Belə ki, qoşqulu yük maşınının şininin təmiri zamanı qəfil partlayış baş verib. Nəticədə təmir işlərini həyata keçirən usta xəsarət alıb.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930