Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər - Yenilənib

3-08-2026, 09:13 1 904 dəfə baxılıb

 Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov paylaşım edib.


Onun sözlərinə görə, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla 4 nəfər batma təhlükəsi ilə üzləşib. Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb.


Bildirilib ki, boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəlibmiş.


***


TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 17:10 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisindən suda boğulma hadisəsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.


Dərhal hadisə yerinə briqada cəlb olunub. 


2 nəfər (kişi) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.


1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930