Azərbaycan hakimləri Avropa çempionatı matçlarına təyinat alıblar

4-06-2025, 10:47 215 dəfə baxılıb

Azərbaycanın FIBA dərəcəli hakimlərinə təyinat verilib...

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Referilər iyul və avqust aylarında təşkil olunacaq yeniyetmə oğlanlar və qızlar arasında Avropa çempionatının oyunlarında Azərbaycanı təmsil edəcəklər.


Ali basketbol qurumu FIBA -nın ölkəmizdən seçdiyi 4 hakim - Ələkbər Həsənov, Ruslan Xalıqov, Urfan Bayramlı və Anastasiya Slojenitsina müvafiq olaraq aşağıdakı ölkələrdə keçiriləcək yarışlarda fit sahibi olacaqlar.
Ələkbər Həsənov - Serbiya U-18 oğlanlar “A” divizionu (26 iyul-3 avqust) və Gürcüstan U-16 oğlanlar “A” divizionu (8-16 avqust)
Ruslan Xalıqov - Rumıniya U-18 oğlanlar “B” divizionu (25 iyul-3 avqust), Rumıniya U-16 qadınlar “A” divizionu (15-23 avqust), Albaniya U-16 oğlanlar “C” divizionu (5-13 iyul)
Urfan Bayramlı - Rumıniya U-18 oğlanlar “B” divizionu (25 iyul-3 avqust), Türkiyə U-20 qızlar “B” divizionu (20-29 avqust), Şimali Makedoniya U-16 oğlanlar “B” divizionu (7-16 avqust)
Anastasiya Slojenitsina - Litva U-18 qızlar “B” divizionu (4-13 iyul)



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031