24 yaşlı oğlanı cərəyan vurub öldürdü - Foto

29-06-2026, 12:42 1 732 dəfə baxılıb

 

Ağcabədidə “Azərişığ”ın 24 yaşlı əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb.


“Yenisirvanli.info.az” xəbər verir ki, hadisə rayon ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb.


Belə ki, rayonun 2002-ci il təvəllüdlü Aşağı Avşar kənd sakini Vəli Əli oğlu Süleymanov qəsəbədə elektrik işləri apararkən onu elektrik cərəyanı vurub. Nəticədə 24 yaşlı əməkdaş hadisə yerində dünyasını dəyişib.


Qeyd olunub ki, Vəli Süleymanov “Azərişıq” ASC-nin Ağcabədi Rayon Elektrik Şəbəkəsinin əməkdaşı olub.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031