Kənddəki evində yanaraq öldü - Rusiyadan təzə qayıtmışdı-Video

30-04-2026, 10:32 2 878 dəfə baxılıb

 

Kürdəmirdə ölümlə nəticələnən yanğın baş verib.


“Yenisirvanli.info.az”ın “Xəzərxəbər”ə istinadən məlumatına görə, rayonun Yenikənd kəndində sahəsi 150 kv metr olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.


Yanğın zamanı evdə yatan Fikrət Eminov yanaraq dünyasını dəyişib.


Hadisə yerinə FHN-in Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası cəlb olunub, yanğın söndürülüb. Eyni zamanda əraziyə rayonun hüquq-mühafizə orqanı əməkdaşları da gəlib və mərhumun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.


Məlumata görə, yanaraq ölən 57 yaşlı Fikrət Eminov bir müddət öncə Rusiyadan ata evinə qayıdıbmış. O evdə tək yaşayırmış.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031