Həmin qəzada ölən sürücü qazi imiş - Video

24-03-2026, 15:37 924 dəfə baxılıb

 

Ötən gün Ağcabədidə baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.


““Yenisirvanli.info.az”ın məlumatına görə, qəzada həlak olan qəsəbə sakini 1987-ci il təvəllüdlü Ələsgərov Şaiq Tofiq oğlu qazi olub. 


Qeyd edək ki, onun idarə etdiyi “Mercedes” markalı avtomobil ilə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun sürdüyü “Hyundai” markalı nəqliyyat vasitəsi toqquşub.


Hadisə nəticəsində “Mercedes”in sürücüsü, qazi Ələsgərov Şaiq Tofiq oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B.İsmayılov isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031