9-cu sinif şagirdi ağır xəsarət aldı

19-12-2025, 17:43 125 dəfə baxılıb

 

Bu gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib.


“Yenisirvanli.info.az” ın əldə etdiyi məlumata görə, rayonun mərkəzində 15 yaşlı Sərvət Nazim oğlunu cərəyan vurub.


Belə ki, Kürdəmir şəhər 1 saylı orta məktəbin 9-cu sinif şagirdi olan Sərvət dəmiryolu xəttinin dirəyinə çıxıb. Bu zaman o, ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub. Nəticədə yeniyetmə ağır xəsarətlər alıb.


Bildirilir ki, məktəbli dərsdən evə gedərkən dostları ilə dirəyə çıxmaqla bağlı mərcləşib və bu zaman bədbəxt hadisə baş verib.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.


Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031