Gəncədə avtomobil divara çırpılıb, iki nəfər xəsarət alıb
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Yenisirvanli.info.az APA-ya istinadla xəbər verir ki, şəhər ərazisində "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.
Qəza zamanı 2 nəfər - 1999-cu il təvəllüdlü R.Namazov və 2006-cı il təvəllüdlü G.Hüseynova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: