Bakı-Qazax yolunda qəzada bir ailənin dörd üzvü xəsarət alıb

8-10-2025, 17:27 116 dəfə baxılıb


Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.


Yenisirvanli.info.az  "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, yolun Sığırlı kəndindən keçən hissəsində baş verib.


"Mitsubishi Pajero" minik maşını idarəetmədən çıxaraq beton dirəyə çırpılıb. Nəticədə 4 nəfər - 1979-cu il təvəllüdlü Maqsud Qaraşov, 2010-cu il təvəllüdlü Yusif Maqsud oğlu Qaraşov, 1990-cı il təvəllüdlü Aytac Elxan qızı Qaraşova və 1946-cı il təvəllüdlü Məxmər Xalıqverdi qızı Qaraşova müxtəlif xəsarətlər alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031