Məktəbdə valideyn tərəfindən döyülən 11-ci sinif şagirdi başqa tibb müəssisəsinə yerləşdirildi

14-10-2025, 14:37 136 dəfə baxılıb

 

Tərtərdə məktəbdə valideyn tərəfindən döyülən uşağın vəziyyəti açıqlanıb.


Bu barədə Yenisirvanli.info.az -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB ) məlumat verilib.


"Oktyabrın 13-ü saat 10:30 radələrində Tərtər rayonu Seydimli kənd tam orta məktəbində döyülmə hadisəsi səbəbi ilə bir nəfər şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


2008-ci il təvəllüdlü şəxsə baş-beynin silkələnməsi diaqnozu təyin edilib. Pasiyentin Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə göndərilməsi təmin edilib", - deyə məlumatda qeyd olunub.


Aygün Mirakif


02:45


Tərtərin Seyidimli kənd məktəbində 11-ci sinif şagirdi döyülüb.


Zərərçəkən məktəblinin yaxınlarının sözlərinə görə yeniyetməyə bir müddət əvvəl mübahisə etdiyi şagirdin atası xəsarət yetirib.


"Atam gəldi məktəbə, qardaşımın başına, hər tərəfinə zərbələr endirdi. Qardaşım yerdə qanın içində idi", - deyə döyülən şagirdin bacısı bildirib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı oktyabrın 13-də Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Faktla bağlı tərəflərin izahları alınıb və müvafiq ekspertiza tətbiq olunub. Hazırda rayon polis şöbəsinin tədqiqat bölməsində araşdırma davam etdirilir.


Daha ətraflı Baku TV-nin videomaterialında:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031