Metroda BƏDBƏXT HADİSƏ - Tələbə qatar yoluna düşdü

18-06-2025, 10:27 309 dəfə baxılıb

 

Səhər saatlarında Bakı metrosunun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, qatar stansiyaya çatmamış dayandırılıb.

Gənc yaşlı sərnişin  stansiyanın əməkdaşları tərəfindən xilas edilib.

Məlumatı sayta açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.

O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.

"O, stansiya yolundan bileti götürüb və çıxıb. "Bakı Metropoliteni" QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib", - açıqlamada bildirilib.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031