"Bakı Metropoliteni" QSC blogerlərin yuvasına çevrilir - Vüsal Aslanov bu dəfə Nəsrullaha vəzifə verdi
"Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov daha bir blogeri vəzifəyə təyin edib.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, o, Cavid Nəsrullah “Bakı Metroliteni” QSC-də Kommunikasiya departamentinə müavin təyin olunub.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiqləyib: “Bəli, Cavid Nəsrullah müavin təyin olunub. Bundan öncə o, "Azerfon" (Nar), "Gilan Holding"in müxtəlif şirkətlərində rəhbər vəzifələrdə və ADY-də çalışıb”.
Mia.az yada salır ki, bunna əvəl də bir neçə blogerə vəzifə verib. O, bloger kimi tanınan Çinarə Balıyeva "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədova müavin, bloger Şaban İmkanını isə"Bakı Metropoliteni" QSC-nin Kommunikasiya departamentinin rəhbəri postuna gətirib.
Mia.az-ın məlumatına görə, "Metropoliten"in yeni rəhbəri Vüsal Aslanov buna qədər Dövlət Dəmiryoluna (ADY) məsul vəzifə tutub. O, həm də ölkənin qumar biznesi sayılan "Topaz"ın idarəolunmasına rəhbərlik edib.MİA.AZ
Yenisirvanli.İnfo.Az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: