Həlak olan ər və arvadı ayrı yerlərdə dəfn edildi - Qəzanın detalları

20-05-2025, 10:45 183 dəfə baxılıb

 

Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində Vətən müharibəsi qazisi, 23 yaşlı Akif Zeynalzadə və onun hamilə həyat yoldaşı Dinara Zeynalzadə həyatını itiriblər.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Qazinin dayısının verdiyi məlumata görə, cütlük həmin gün Dinara Zeynalzadənin atasının evində qonaq olub:

"Qayınatası qalmalarını israr etsə də, onlar qalmayıblar. Uşaqları isə ailə üzvlərində qalıblar. Ər-arvad birlikdə yola düşüblər və Şabranda qəza baş verib. Hər ikisi həlak olub".

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan iki nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, cütlük Bakının Hövsan qəsəbəsində yaşayırmış. Akif Zeynalzadə Sabirabadın Ulacalı kəndində, Dinara Zeynalzadə isə Xaçmazın Tel kəndində dəfn olunublar.


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031