Azərbaycanda qoşquda 8 bahalı avtomobil olan yük maşını yandı - VİDEO

17-04-2025, 11:27 207 dəfə baxılıb

 

Kürdəmirdə yanğın olub.

 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Kürdəmir rayonu, Qarabucaq qəsəbəsi ərazisində yük avtomobilində baş verib.

 

Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "SCANİA" markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın avtomobilin digər hissələrinə, o cümlədən qoşqunun üzərində olan müxtəlif markalı səkkiz ədəd minik avtomobilinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində qoşqunun bir ədəd təkəri yanıb.

 

Yük avtomobili və qoşqunun üzərində olan minik avtomobilləri yanğından mühafizə olunub.

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031