Ana üç övladını ruhi xəstə olan atalarının yanında qoyub başqa kişiyə qaçdı

5-04-2025, 10:44 176 dəfə baxılıb

 

Paytaxtda ana üç övladından imtina edərək, sosial şəbəkədə tanış olduğu şəxsin yanına getmək üçün ailəsini tərk edib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, O hətta ərizələrindən birində uşaqdan imtina etməyə hazır olduğunu bildirib. Dəhşətlisi isə budur ki, uşaqlarını ruhi sağlamlıq problemi olan atalarının yanında qoyub gedib.

Ötən dövr ərzində Sosial Xidmətlər Agentliyinin əməkdaşları həm atanın, həm ananın, həm də uşaqların vəziyyətini dəfələrlə qiymətləndiriblər. 30 yanvar 2025-ci il tarixində uşaqlar ananın himayəsinə verilsələr də, aparılan monitorinq nəticəsində ananın uşaqlarla münasibətində problemlər olduğu üzə çıxıb. Nəticədə, uşaqlar yenidən sığınacağa yerləşdiriliblər.

Məlumata görə, ana sığınacaqda qalmaq istəməyib və uşaqları qoyub gedib.

Uşaqların yaşı 12, 11 və 2-dir. Böyük qızın vəziyyəti xüsusilə ağırdır, o, həyəcan və təşviş keçirir. Tibbi müayinədən keçirildikdə, əllərində səpkilər olduğu qeyd olunub. İkinci uşaq isə psixiatrik müalicəyə ehtiyac duyur.

Ətraflı Baku TV-nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031