Metroda gedişhaqqı artırılır? - RƏSMİ AÇIQLAMA

15-03-2025, 19:06 270 dəfə baxılıb

 

2025-ci il başlayandan Bakı metropolitenində sərnişin daşınmasında ardıcıl rekordlar qeydə alınır. Belə ki, cari ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.6% artım deməkdir.  

Bugünə olan məlumatlara görə, aylar üzrə ən çox sərnişin yanvarın 10-da (710 min 773), fevralın 17-də (766 min391) və martın 7-də (854 min 427) daşınıb. Bu statistika da artım dinamikasını sübut edir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Bakı metropolitenində isə sərnişin sıxlığının tənzimlənməsi məqsədilə əlavə tədbirlər və mütəmadi monitorinqlər həyata keçirilir.

Bəs metroya artan tələbat və iş yükünün çoxalması gediş qiymətlərinə təsir edə bilərmi?

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, hal-hazırda Bakı metropolitenində gediş haqqının artırılması gündəmdə deyil.

Qeyd edək ki, sonuncu dəfə 1 iyul 2024-cü il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə ictimai nəqliyyatda sərnişin daşımalarının qiyməti artırılaraq 50 qəpik müəyyən edilib.///sfera

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031