Moskvaya son 2 ilin ən kütləvi dron hücumu - Video

7-07-2026, 11:14 1 756 dəfə baxılıb

 Ukrayna ötən gecə ərzində Rusiyaya kütləvi şəkildə dronlar və raketlərlə hücum həyata keçirib.


“Yenisirvanli.info.az” UNİAN-a istinadən xəbər verir ki, Moskva ətrafında yüzlərlə dron vurulub, Belqorodda isə “Qazprom”un obyektinə zərbə endirilib.


Moskva meri Sergey Sobyanin Moskva regionu istiqamətində 430 dronun uçuşunun qeydə alındığını bildirib.


“Hərbi hava qüvvələri dronların çoxunu uzaq məsafələrdə zərərsizləşdirib. 36 dron Moskvaya yaxınlaşarkən məhv edilib”, - mer açıqlayıb.


Dron və raket hücumuna məruz qalmış Belqorodda isə çoxsaylı partlayışlar qeydə alınıb. Şəhərdə elektrik enerjisinin verilməsi dayandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031