Moskva PUA hücumuna məruz qalıb

4-04-2025, 10:32 58 dəfə baxılıb

 

Rusiya paytaxtına PUA hücumu olub. Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, onun sözlərinə görə, Moskva istiqamətində uçan PUA vurulub.

“Moskvaya uçan PUA vurulub. Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya doğru uçan pilotsuz uçuş aparatının hücumunu dəf edib. Fövqəladə hallar xidmətinin mütəxəssisləri dağıntıların olduğu yerdə işləyirlər”, – Sobyanin öz bloqunda yazıb.

Paytaxt meri şəhərə dron hücumunun davam etdiyini söyləyib.

Rusiyanın “Telegram” kanalları Vnukovo, Domodedovo və Jukovski Hava Limanlarında PUA hücumu ilə əlaqədar “xalça planı”nın tətbiq edildiyi barədə məlumat yayıb.


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031