“Türk Dünyası Həftəsi”ndə İsmailiyyə binası ilə tanışlıq oldu
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”ndə İsmailiyyə binası ilə tanışlıq olub.
“Yenisirvanli.info.az” xəbər verir ki, daha sonra “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda Beynəlxalq Konqres keçirilib. Konqresdə “Türk dünyası və beynəlxalq elmi əməkdaşlıq” adlı panel iclası baş tutub.
Açılışda çıxış edən AMEA prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu il Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində 26 ölkədən 300 nəfərdən çox qonaq iştirak edib.
Panelə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli moderatorluq edib.
Paneldə Qırğız Respublikası Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdilacan Axmataliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi Qətibə Quliyeva, Qırğızıstan–Türkiyə Manas Universitetinin Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin direktoru, professor Süleyman Barbaros Yalçın, Ardahan Universitetinin rektoru, professor Öztürk Emiroğlu, həmçinin Beynəlxalq Vizyon Universitetinin Balkan Araşdırmaları İnstitutunun dosenti Atilla Yorma Tapani çıxış edirlər.
Çıxışlarda türk dünyasında elmi əməkdaşlığın genişləndirilməsi, ortaq elmi tədqiqatların təşviqi, dil, tarix və mədəni irsin qorunması, həmçinin beynəlxalq akademik əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.
Konqres çərçivəsində türkoloji elminin aktual istiqamətləri, ortaq elmi irsin araşdırılması və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: