“Bunlar türk xalqlarının inteqrasiyasına zəmin yaradıb”

29-06-2026, 16:48 1 727 dəfə baxılıb

 

Bakıda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində “Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” adlı plenar iclas keçirilib.


“Yenisirvanli.info.az” xəbər verir ki, plenar iclasda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın türkologiya elminin inkişafında müstəsna rol oynadığını bildirib.


Akademik qeyd edib ki, bu mənada, qurultay elmi-mədəni hadisə ilə yanaşı, ictimai-siyasi hadisə kimi tarixin yaddaşına həkk olunub: “Birinci Türkoloji Qurultayda müzakirə olunan mühüm elmi məsələlər, təşəbbüslər türk xalqlarının inteqrasiyasına zəmin yaradıb. Türk dünyası anlayışı da məhz Birinci Türkoloji Qurultayda meydana çıxmışdır. Əlbəttə, qurultaya qədər türk tarixi və mədəniyyətinə dair araşdırmalar aparılırdı, lakin bütün bunlar türkologiya adı ilə təqim olunmurdu. Birinci Türkoloji Qurultay eyni zamanda türkologiya elmini və sistemini təqdim etmişdir”.


İ. Həbibbəylinin sözlərinə görə, sovet rejimi qurultayın təqdim etdiyi formatdan və türk dövlətlərinin inteqrasiyasından qorxaraq türkologiyanı sıxışdıraraq daha çox dilçilik tədqiqatlarına köklənmişdir.


Akademik həmçinin bildirib ki, AMEA tabeli bir çox institutda türkoligiya şöbələri yaradılıb və bu anlayış istiqamətdə uğurla fəaliyyət göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031