Prezidentlə xanımı Gürcüstana getdi
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstana dövlət səfərinə gedib.
“Yenisirvanli.info.az” xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: