İlham Əliyev Şahbaz Şəriflə danışdı

20-03-2026, 13:52 908 dəfə baxılıb

 

Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.


Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xalqlarmıza firavanlıq və yeni-yeni uğurlar arzulayıblar.


Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.


Telefon danışığı əsnasında Yaxın Şərqdəki mövcud vəziyyətə toxunulub, gərginliyin siyasi yollarla tezliklə həllinin vacibliyi vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031