İlham Əliyev: "Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm, böyük xoşbəxtlikdir"

18-03-2026, 19:29 920 dəfə baxılıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.


Yenisirvanli.info.az xəbər verir ki, dövlət başçısı və birinci xanım kənd sakini Bəybala Qasımovun ailəsinə qonaq olub, burada səmimi söhbət aparıblar.


Prezident İlham Əliyev Xanoba kəndinin 2023-cü ilin sentyabrında antiterror tədbirləri nəticəsində azad edildiyini xatırladaraq, qısa müddətdə burada genişmiqyaslı tikinti işlərinin aparıldığını vurğulayıb:


"Bu, doğrudan da böyük xoşbəxtlikdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq".


Dövlətimizin başçısı işğal dövründə Ermənistanın bu əraziləri viran qoyduğunu, lakin hazırda bütün şəhər və kəndlərin yenidən qurulduğunu diqqətə çatdırıb. "Böyük Qayıdış" Proqramının uğurla icra olunduğunu qeyd edən Prezident bildirib ki, cəmi 5-6 il ərzində Qarabağ və Şərqi Zəngəzurda artıq 80 mindən çox insan məskunlaşıb:


"Demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz doğma diyarlarına qayıdırlar. Biz bu gün bu torpaqlardayıq və biz bu torpaqların əsl sahibləriyik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031