"Sərin" şadlıq evində mənşəyi məlum olmayan ət aşkar olundu

9-03-2025, 11:50 399 dəfə baxılıb

 

Nizami rayonu, Babək prospekti, 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Eldar Ağa Zəki oğlu Dadaşova məxsus "Sərin" şadlıq evində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçiriblər...


Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb. Araşdırmaların davam etdiyi bildirilib.

Məsələ ilə bağlı danışan "Sərin" şadlıq evinin administratoru Təvəkkül Qurbanov bildirib ki, yayılmış görüntülərdəki salatlar və digər qida məhsulları toy olmadığı üçün öncədən qalıb və həmin məhsullar heç bir halda yenidən süfrəyə verilmir:

"Yeməklərdə istifadə olunan toyuğu isə birbaşa olaraq bazardan alırıq və qətiyyən broylerdən istifadə etmirik. İstifadə olunan məhsulların aktı var, bütün sənədlərimiz qanunauyğun şəkildədir"- deyə, o bildirib.

Eyni zamanda qeyd olunub ki, müvafiq sənədlərin hər biri qaydasındadır və sertifikatları da mövcuddur.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031