İtkin düşən tanınmış hüquq müdafiəçisi tapıldı

8-03-2025, 11:24 172 dəfə baxılıb

 

Azərbaycan Respublikası Əsgər Anaları Komitəsinin sədr müavini, 1990-2000-ci illərin tanınmış azərbaycanlı hüquq müdafiəçisi, Taisiya Qordeyevanın itkin düşməsi ilə əlaqədar axtarış elan edilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən qadının tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, Taisiya Mixaylovna Qordeyeva (1947-ci il təvəllüdlü) ötən gün Əhməd Rəcəbli küçəsi, 184 ünvanında yerləşən "Omid" mağazasından çıxaraq evinə qayıtmaması ilə əlaqədar ailə üzvləri paylaşım edib. Onun demensiyadan əziyyət çəkdiyi bildirilir. Taisiya Qordeyevanı görən və ya onun harada olması barədə hər hansı məlumatı olan hər kəsdən Daxili İşlər Nazirliyinin 102 və ya (050) 322-42-25 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.

***

Taisiya Qordeyeva itkin düşməsi barədə məlumat yayıldıqdan bir neçə saat sonra tapılıb.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031