Mübariz İbrahimovun məzarı ziyarət olundu - Video

7-02-2026, 12:20 494 dəfə baxılıb

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Rüfət Əsgərov, Adıgözəl Bəşirov, İsmayıl Mehdiyev və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, əvvəlcə şəhidlərimizin məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla anılıb.


Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində və 269 nömrəli orta məktəbdə təşkil edilən tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031