“İrşad Electronics” müştərini 4 aydır niyə süründürür?

6-03-2025, 10:43 125 dəfə baxılıb

 

Xətai Quliyev adlı vətəndaş “İrşad Electronics” mağazalar şəbəkəsindən şikayətçidir. 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib. Bildirir ki, mağazadan paltaryuyan maşın alıb. Lakin qısa müddətdən sonra cihazda problem yaranıb.

Məhsulu aldığı vaxtdan 14 gün keçdiyi üçün qaytara bilməyib. Məcbur olub servisə göndərib. Lakin 4 aydır ki, problem həllini tapmır.

Məhsulun 1 il zəmanəti olduğunu bildirən müştəri problemin həlli üçün şirkətə dəfələrlə müraciət etdiyini də əlavə edib.

“İrşad Electronics” müştəriyə rəsmi cavab yazıb: “Hər vaxtınız xeyirli olsun. Şirkətimiz üçün hər bir müştəri və onlara göstərilən xidmət səviyyəsi çox böyük əhəmiyyət kəsb edir. Şəxsi mesaj bölməsində məlumatlarınız mövcuddur. Bu məlumatlar əsasında müraciətinizi müvafiq şöbəyə yönləndiriləcək və ən qısa zamanda məsələni həlli ilə bağlı lazımi tədbirlər görüləcəkdir” AzPost  

Lakin müştəri dəfələrlə eyni sözü eşitdiyini vurğulayıb.AzPost  

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031