İsrailin xarici işlər naziri Azərbaycana gələcək

10-01-2026, 16:51 197 dəfə baxılıb

 

İsrail xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu haqda “AIA Global” saytı məlumat yayıb.


“Səfər bir gün davam edəcək. Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxıstana səfər edəcək”, - İsrail mənbəsi bildirib.


Xatırladaq ki, noyabrda Gideon Saar Azərbaycana mümkün səfəri ilə bağlı paylaşım etmişdi:


“Tezliklə Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. Yaxın münasibətlərimizi möhkəmləndirməyə davam edəcəyik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031