İsrailin XİN rəhbəri Azərbaycana səfər edə bilər

20-11-2025, 16:18 99 dəfə baxılıb

 

İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycana səfər edə bilər.


Yenisirvanli.info.az  xəbər verir ki, G.Saar bu barədə “X” hesabında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündən fotolar paylaşaraq yazıb. 


“Yerusəlimdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla yenidən görüşməkdən məmnun oldum. ABŞ Prezidentin Donald Trampın Qəzza Planı və Azərbaycan-Ermənistan məsələsi ilə yanaşı, ikitərəfli və iqtisadi əlaqələrimizin dərinləşməsi barədə faydalı müzakirələr apardıq. 


2025-ci ildə israilli turistlərin Azərbaycana səfərlərində əhəmiyyətli artım qeydə alınıb və biz bu sahəni təşviq etməyə davam edəcəyik. Tezliklə Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. Yaxın münasibətlərimizi möhkəmləndirməyə davam edəcəyik”, - paylaşımda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031