Donald Tramp Ağ Evə hücum zamanı yaralanmış Milli Qvardiya əməkdaşlarının vəziyyətini açıqladı

28-11-2025, 09:15 125 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Şükran Günü münasibətilə hərbçilərə videomüraciət edərək, Ağ Ev yaxınlığında baş vermiş atışma zamanı yaralanmış Milli Qvardiya əməkdaşlarının vəziyyəti barədə məlumat verib.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.


"Sizə bu acı xəbəri çatdırmaq məcburiyyətindəyəm. İndicə öyrəndim ki, ABŞ Milli Qvardiyasının Qərbi Virciniyadan olan 20 yaşlı üzvü Sara Bekstrom - gənc, hörmətli, möhtəşəm tələbə... aldığı xəsarətlərdən vəfat edib. O, artıq bizimlə deyil. Bu, onun valideynləri və yaxınları üçün dəhşətdir, onların kədəri bizim kədərimizdir", - deyə Tramp bildirib.


ABŞ lideri əlavə edib ki, yaralanmış ikinci şəxs, 24 yaşlı gənc çox ağır vəziyyətdə olmasına baxmayaraq, həyat uğrunda mübarizə aparır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031