Tramp Ağ Ev yaxınlığındakı insidenti TERROR ADLANDIRDI

27-11-2025, 10:43 111 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Ağ Ev yaxınlığında Milli Qvardiyanın əməkdaşlarına atəş açılmasını "pislik, nifrət və terror aktı" adlandırıb. O, atəş açanın ən qısa müddətdə ədalətə təslim ediləcəyini vəd edib.


Yenisirvanli.info.az  xəbər verir ki, ABŞ liderinin videomüraciəti onun "X" sosial şəbəkəsindəki hesabında yerləşdirilib.


Tramp bildirib ki, atəş açmaqda şübhəli bilinən şəxs ABŞ-yə 2021-ci ildə sələfi Co Baydenin Administrasiyası dövründə "yerdəki cəhənnəm çuxuru" Əfqanıstandan gəlib.


"İndi Baydenin dövründə Əfqanıstandan ölkəmizə gəlmiş hər bir əcnəbini yoxlamalıyıq və istənilən ölkədən olub, burada yeri olmayan və ölkəmizə yaxşı heç nə verməyən hər bir əcnəbini uzaqlaşdırmaq üçün bütün zəruri tədbirləri görməliyik. Əgər onlar ölkəmizi sevə bilmirlərsə, biz də onları istəmirik. ABŞ heç vaxt terror qarşısında əyilməyəcək və güzəştə getməyəcək", - deyə Tramp bildirib.


01:24


Ağ Evin yaxınlığında baş verən atışmada yaralanan iki Milli Qvardiya əsgəri xəstəxanada ölüb.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə Qərbi Virciniya qubernatoru Patrik Morrisi sosial mediada yazıb.


ABŞ Prezidenti Donald Tramp açıqlamasında atıcının vəziyyətinin ağır olduğunu bildirib.


"İki Milli Qvardiya üzvünü vuran da ağır yaralanıb. Amma buna baxmayaraq, o, çox ağır cəzalandırılacaq", - Tramp "Truth Social"da yazıb.


00:28


Vaşinqtonda Ağ Evin yaxınlığında iki ABŞ Milli Qvardiyası əsgəri güllələnib.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.


Əsgərlərin yaralandığı, lakin dəqiq vəziyyətlərinin məlum olmadığı bildirilir.


Vaşinqton Polis Departamentinin açıqlamasında qeyd olunur ki, atışma 17-ci və 1-ci küçələrin kəsişməsində baş verib. Hadisə yeri mühasirəyə alınıb. Bir nəfər şübhəli şəxs saxlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031