Sabiq sədr müavininin vəzifəli qızı da işdən çıxarıldı

3-03-2025, 11:57 372 dəfə baxılıb

 

"Bakı Metropoliteni" QSC-nin marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxarılıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.

Qeyd edək ki, 6 il əvvəl Lalə Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. "Çastpik" yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı", deyə o, qalmaqallı şərhində bildirmişdi.
Sabiq sədr müavininin vəzifəli qızı da işdən çıxarıldı

Onu da qeyd edək ki, Lalə Babayeva 2015-ci ildən "Bakı Metropoliteni" QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Zaur Babayev əvvəllər "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətində çalışıb. O, "Bakı Metropoliteni" QSC sabiq sədri Zaur Hüseynovla birlikdə çalışıb və yaxın dostluqları ilə tanınırlar.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031