Fazil Qasımovun 10 il həbsi tələb edildi

28-02-2025, 18:25 364 dəfə baxılıb

 

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin məhkəmə istintaqı tamamlanıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror bəyan edib ki, müttəhimlərə verilmiş ittihamlar məhkəmə istintaqı ilə də təsdiqini tapıb.

Prokuror bu əsasla Fazil Qasımovun 10 il, Anar Əliyevin 6 il azadlıqdan məhrum edilməli olduğunu bildirib. İttihamçı A.Əliyevə yüngül cəza istəməsinin səbəbini onun istintaqa kömək etməsi ilə əlaqələndirib.

Məhkəmə müdafiə çıxışlarına hazırlanmaları üçün vəkillərə vaxt verib.

Qeyd edək ki, Fazil Qasımov və Anar Məmmədli polis əməkdaşları tərəfindən həbs ediliblər.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031