“Olimp-Hospital” və digər iki şirkətdə əmək hüququnun pozulması araşdırılıb

28-02-2025, 18:22 209 dəfə baxılıb

 

Əmək hüquqlarının pozulması halları barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindənverilən məlumata görə, araşdırma zamanı hüquqi şəxs “Kristal Bakı İnşaat” ASC-nin vəzifəli şəxsi tərəfindən işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Bundan başqa, hüquqi şəxs “Olimp-Hospital” MMC, “TİM Consulting” MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərinə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində əmək haqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə və Dövlət Əmək Müfəttişliyinə göndərilib.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930