Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib

9-04-2025, 18:25 110 dəfə baxılıb

 

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün beşinci iclası keçirilib...


Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "Report"a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, iclası komissiyanın sədri Samir Nuriyev açıb:

"Daha sonra komissiyanın katibi Kəmalə İsmayılova daxil olan müraciətlər barədə məlumat verdi. Keçirilən iclasda təxminən 100-ə yaxın müraciətə baxılıb. Müraciətlər əsasən yol-nəqliyyat hadisələrində məhkum olunmuşlar, əcnəbi məhkumlar və qadınlarla bağlı olub. Onların müraciətləri müzakirə edilərək qərar çıxarılıb. Əfv Komissiyası iclaslarını davam etdirəcək. Daha sonra komissiya sənədləri ölkə Prezidentinə təqdim edəcək. Əfv məsələləri Prezidentin müstəsna səlahiyyətidir. Humanizm və mərhəmət aktıdır. Çox güman ki, may ayında Azərbaycan Prezidentinin növbəti əfv sərəncamını imzalamasının şahidi olacağıq".

Qeyd edək ki, bununla da baxılan müraciətlərin sayı 600-ü keçib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031