Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqladı

16-03-2025, 20:24 161 dəfə baxılıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqlayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  bu barədə "Strana.ua" nəşri məlumat yayıb.

O bildirib ki, münaqişə zonasında atəşkəsə hazırlıq prosesi bir aydan çox davam edə bilər.

Ukrayna rəhbəri həmçinin qeyri-müəyyən atəşkəs ideyasına qarşı çıxıb.

"Hərbi əməliyyatların dayandırılmasına dair razılaşmada müddətin aydın şəkildə müəyyən edilməsi son dərəcə vacibdir", - Zelenski vurğulayıb.

Martın 15-də Zelenski sülh danışıqlarına hazırlıq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib. O, döyüşlərin yalnız müəyyən müddətə dayandırılmasında təkid edib.

Yenisirvanli.İnfo.Az  







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031