Ukrayna üçün ağır gecə - Video - Fotolar

30-07-2026, 11:41 1 881 dəfə baxılıb

 İyulun 30-na keçən gecə Rusiya Ukraynanın müxtəlif regionlarına genişmiqyaslı hücum həyata keçirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında paylaşım edib. 


Onun sözlərinə görə, Kiyev şəhəri və vilayəti, həmçinin Dnepr, Lvov, Poltava, Xarkov, Nikolayev, Sumı, Vinnitsya, Çerkası və İvano-Frankivsk vilayətləri hücumlara məruz qalıb. 


Ümumilikdə ölkə ərazisində azı 8 nəfər həlak olub, onlarla şəxs yaralanıb.


Ölənlərdən 6 nəfərin Krivoy Roq şəhərində yaşayış binasının “İskəndər” raketi ilə vurulması nəticəsində həlak olduğu bildirilir. 


Hücumlar zamanı çoxu ballistik olmaqla, 70-dən çox raketdən, həmçinin 280-dən çox drondan istifadə edilib. 


Hazırda ölkə ərazisində xilasetmə əməliyyatları davam etdirilir. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031