Moskvaya növbəti dron hücumu - Video

28-07-2026, 11:43 1 848 dəfə baxılıb

 Ukrayna ordusu iyulun 27-si axşamdan iyulun 28-i səhər saatlarınadək Moskva vilayətinə və paytaxta 390-dan çox dronla hücum həyata keçirib. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat yayıb. 


Onun sözlərinə görə, 81 pilotsuz uçuş aparatı (PUA) Moskva yaxınlığında məhv edilib. 


Yerli “Telegram” kanalları hücum nəticəsində Moskva yaxınlığındakı Çexov şəhərində hidromexaniki avadanlıq zavodunun zərbələrə məruz qaldığını, çoxmərtəbəli binaya ziyan dəydiyini açıqlayıblar. Həmçinin sosial şəbəkələrdə “Wildberries” şirkətinin anbarının yandığını əks etdirən kadrlar yayılıb. 


Həmin görüntüləri təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031