HƏMAS-ın yeni lideri o oldu

20-07-2026, 16:33 1 822 dəfə baxılıb

 Xəlil əl-Həyya Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun yeni rəhbəri elan olunub. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə qruplaşma özünün “Telegram” kanalında bəyanat yayıb. 


Bildirilib ki, siyasi büronun rəhbəri vəzifəsinə seçkilər iyulun 18-də Qəzzada keçirilib. Bundan əvvəl Xəlil əl-Həyya hərəkatın diplomatik qanadına rəhbərlik edirdi və Qəzza sektoru üzrə məsul şəxs hesab olunurdu. 


Qeyd edək ki, HƏMAS-ın əvvəlki lideri Yəhya Sinvar İsrail ordusunun 2024-cü ilin oktyabrında Qəzzə sektoruna endirdiyi zərbə nəticəsində öldürülmüşdü. Bundan sonra hərəkatı Məhəmməd Dərvişin rəhbərlik etdiyi 5 nəfərdən ibarət kollegial şura idarə edirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031