İranda güclü zəlzələ oldu

Bu gün, 10:47 1 799 dəfə baxılıb

 İranın Xuzistan əyalətində 5 bal gücündə zəlzələ qeydə alınıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə İran Milli Seysmologiya Mərkəzi məlumat yayıb.


Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 05:55-də Xuzistanın Salənd rayonunda baş verib. Zəlzələnin ocağının 8 kilometr dərinlikdə yerləşdiyi bildirilib.


Yeraltı təkanlar əyalətin inzibati mərkəzi Əhvazla yanaşı, Əndimeşk və Dezful şəhərlərində də hiss olunub.


Hazırda dağıntı və insan itkisi barədə rəsmi məlumat verilməyib. Mümkün zərərin müəyyənləşdirilməsi üçün hadisə bölgəsinə İran Qırmızı Aypara Cəmiyyətinin xilasedici qrupları göndərilib.ACAC






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031