6 milyard dollar İrana qaytarılır

29-06-2026, 14:21 1 729 dəfə baxılıb

 

İran və Qətər əmirlikdə olan 12 milyard dollarlıq (20 milyard 400 milyon AZN) İran aktivlərinin 6 milyard dollarının (10 milyard 200 milyon AZN) blokdan çıxarılması barədə razılığa gəliblər. 


“Yenisirvanli.info.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın Mətbuat xidməti məlumat yayıb.


“Əldə edilmiş razılığa əsasən, Qətərdə olan 12 milyard dollarlıq İran vəsaitlərinin ümumi məbləğindən 6 milyard dollar blokdan çıxarılacaq və ölkəyə qaytarılacaq. Həmçinin bu vəsaitlərin qalan hissəsinin qaytarılması istiqamətində zəruri işlər davam etdirilir”, - məlumatda deyilir.


Qeyd edək ki, daha əvvəl mətbuatda ABŞ-nin Qətərlə birlikdə İranın dondurulmuş aktivlərinin bir hissəsindən humanitar malların alınması üçün istifadə mexanizmi üzərində işlədiyi barədə xəbərlər yayılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031