Litva hökuməti istefa verdi

23-06-2026, 15:51 1 705 dəfə baxılıb

 

Baş nazir İnqa Ruqinienin rəhbərlik etdiyi Litva hökuməti istefa verib.


“Yenisirvanli.info.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar 20-ci hökumətin keçirdiyi son iclasda üzvlərin ümumi razılığı ilə qəbul edilib.


“Bütün çətinliklərə baxmayaraq, fəxr edəcəyimiz çox şey var. Dövlətin və xalqın rifahı üçün çox işlər görmüşük”, - Baş nazir çıxışında bildirib.


Hökumət hakim koalisiyadakı dəyişikliklər səbəbindən istefa verməli olub.


Qeyd edək ki, İnqa Ruqinien 2025-ci ilin avqust ayında Baş nazir təyin edib. Onun rəhbərlik etdiyi hökumət isə ötən ilin sentyabr ayında Seymdə and içərək vəzifəsinin icrasına başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031