Peru Konqresinin sədri respublika prezidenti kimi and içdi

Peruda deputatlar təhlükəsizlik sahəsində böhran səbəbindən Prezident Dina Boluartenin impiçmentinə səs verdikdən sonra ölkə Konqresinin (birpalatalı parlament) sədri Xose Xeri respublika prezidenti kimi and içib.
Bu barədə Yenisirvanli.info.az TASS-a istinadən xəbər verir.
"And içirəm ki, bu andan etibarən 26 iyul 2026-cı ilə qədər Peru Konstitusiyasına uyğun olaraq, prezidentin vəzifələrini vicdanla yerinə yetirəcəyəm", - deyə Xose Xeri and içib.
10:12
Peru Konqresi təhlükəsizlik sahəsində böhran səbəbindən ölkə Prezidenti Dina Boluartenin impiçmentinə səs verib.
Bu barədə Yenisirvanli.info.az TASS-a istinadən xəbər verir.
Məlumata görə, qərar yekdilliklə qəbul edilib.
"Respublika prezidentini vəzifədən kənarlaşdıran qətnamə təsdiq edildi", - deyə hakimiyyətin varisliyi xəttində növbəti sırada olan Konqres sədri Xose Xeri bildirib.
Qeyd edək ki, 2022-ci ilin dekabr ayına qədər Perunun vitse-prezidenti vəzifəsini icra edən Dina Boluarte 2021-ci il seçkisində birlikdə iştirak etdiyi Pedro Kastilyonun dövlət başçısı səlahiyyətlərindən məhrum edilməsindən sonra ölkənin ən yüksək vəzifəsini tutub. 2022-ci il dekabrın 7-də Kastilyo parlament iclası başlamazdan əvvəl Konqresi buraxmağa cəhd edib, hansı ki, o iclasda korrupsiya ittihamı səbəbi ilə özünün impiçmenti məsələsi nəzərdən keçirilirdi. Deputatlar səsverməni ləğv etməyiblər və prezidentin səlahiyyətlərindən kənarlaşdırılmasını təsdiqləyiblər. Kastilyo qiyam təşkil etməkdə ittiham olunaraq saxlanılıb.
Peruda təhlükəsizlik sahəsində vəziyyət son illərdə xeyli dərəcədə pisləşib. Mart ayında cinayətkarlığın artması səbəbindən parlament daxili işlər naziri Xuan Xose Santivanyesə etimadsızlıq səsverməsi keçirib. May ayında hökumətin sədri Qustavo Adriaensen təhlükəsizlik sahəsində böhranı səbəbindən istefa verib.
Sentyabr ayında nəticələri dərc edilən "CPI" sorğusuna görə, səlahiyyət müddəti 2026-cı ildə başa çatacaq Boluartenin prezident postunda fəaliyyətini respondentlərin yalnız 2.5%-i bəyənib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: