Ukraynalı kişilərin Aİ-yə girişi məhdudlaşdırıla bilər

18-06-2026, 11:33 1 671 dəfə baxılıb

 

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sadələşdirilmiş giriş qaydalarını yenidən nəzərdən keçirərək Ukrayna ərazisindən Avropa İttifaqına (Aİ) qaçqınların qəbulunu məhdudlaşdırmaq niyyətindədir. 


“Yenisirvanli.info.az” “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, bu barədə onun Aİ ölkələrinin liderlərinə ünvanladığı məktubunda deyilir.


Bildirilir ki, Avropa Komissiyası Ukraynanın müvəqqəti müdafiəsinin uzadılmasını təklif edəcək, lakin bu, ölkənin özünü müdafiə etmək qabiliyyətinə xələl gətirməmək üçün məhdudlaşdırılacaq.


“Bu, xüsusilə hərbi xidmət yaşında olan kişilərin girişinin çətinləşdiriləcəyinə işarə kimi yozula bilər. Fon der Lyayen planlaşdırılan təklifin heç bir təfərrüatını təqdim etməyib”, - məlumatda vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031